🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Tramp: Ukrayna döyüş meydanında hücuma hazırlaşır

Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidenti Donald Tramp Ukraynanın döyüş meydanında hücuma keçməyə hazırlaşdığını bildirib.
Bu barədə Tramp ABŞ Federal Təhqiqatlar Bürosunun direktoru Keş Patellə birgə keçirdiyi mətbuat konfransında jurnalistin sualını cavablandırarkən deyib. O, ABŞ-ın Ukraynaya “Tomaqavk” raketlərindən əlavə silah göndərib-göndərməyəcəyi ilə bağlı suala cavabında “başqa variantları” nəzərdən keçirdiyini vurğulayıb: “Mən bununla bağlı qərar verməliyəm”, – deyə Tramp qeyd edib.
Amerika lideri əlavə edib ki, Ukrayna ilə bağlı vəziyyəti oktyabrın 17-də Prezident Vladimir Zelenski ilə planlaşdırılan görüşdə müzakirə etməyi planlaşdırır. Tramp görüşdə konkret hansı məsələlərin gündəmdə olacağını açıqlamasa da, “onlar hücuma keçmək istəyirlər” deyə bildirib.