Azərbaycan.media xəbər verir ki, Rusiya Silahlı Qüvvələri Ukraynanın Təlim Mərkəzinə ballistik raketlərlə hücum edib. Bu barədə məlumatı Ukraynanın “Cənub” operativ komandanlığı yayıb.
Ukrayna tərəfinin açıqlamasına görə, hücum səhər saatlarında, ölkə ərazisinə kütləvi raket zərbələri zamanı baş verib. Raketlər əvvəllər təhlükəsiz hesab edilən, cəbhə xəttindən uzaqda yerləşən obyektə tuş gəlib.
Komandanlığın rəsmi bəyanatında bildirilir:
“Vaxtında xəbərdarlıq siqnalı verilməsinə və şəxsi heyətin sığınacağa yerləşdirilməsinə baxmayaraq, itkisiz ötüşmək mümkün olmayıb.”
Hazırda zərərçəkənlərin sayı dəqiqləşdirilir.
