Azərbaycan.media xəbər verir ki, Maliyyə Nazirliyi tərəfindən hazırlanmış “2026–2029-cu illəri əhatə edən Ortamüddətli Xərclər Çərçivəsi”ndə sığorta-pensiya sisteminin maliyyə dayanıqlığının artırılması və sığorta prinsiplərinin gücləndirilməsi istiqamətində islahatların davam etdiriləcəyi vurğulanır. Bu çərçivədə bəzi iddialara görə, pensiya yaşının artırılması ehtimalı da gündəmə gələ bilər.
Lakin Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bu iddialara aydınlıq gətirib. Deputatın sözlərinə görə, hazırda pensiya yaşının artırılması ilə bağlı heç bir layihə müzakirə olunmur və Milli Məclisə təqdim edilməyib.
Deputat əlavə edib ki, növbəti illərdə daha çox özəl pensiya fondlarının yaradılması və sığorta sisteminin təkmilləşdirilməsi istiqamətində addımların atılması gözlənilir. Pensiya yaşının artırılması isə hazırda gündəmdə deyil.
Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi ilə Maliyyə Nazirliyi mövcud fiskal imkanları nəzərə alaraq bu sahədə fəaliyyətləri planlaşdırır və sistemləşdirməyə çalışır.
