🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Neft məhsullarının ixracında artım və azalma: Həcm yüksəldi, dəyər gerilədi

2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan 503,4 min ton neft məhsulu ixrac edib. Bu ixracın ümumi dəyəri 273,8 milyon ABŞ dolları təşkil edib.
Azərbaycan.media saytının  məlumatına görə, Dövlət Gömrük Komitəsinin statistik göstəricilərinə əsasən aparılan hesablamalar göstərir ki, bu dövrdə ixracın həcmi 2024-cü ilin eyni dövrü ilə müqayisədə 9% artıb, lakin dəyəri 6,37% azalıb.
Məlumata görə, 2024-cü ilin yanvar-sentyabr aylarında Azərbaycan 537,6 min ton neft məhsulu ixrac etmiş və bu ixracın dəyəri 334,9 milyon dollar olmuşdu. Bu göstəricilər isə 2023-cü illə müqayisədə dəyər baxımından 41,5%, həcm baxımından isə 41,9% azalma demək idi.