Azərbaycan.media xəbər verir ki, 25 oktyabr tarixində ölkə üzrə məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən müdirlərin peşəkarlıq səviyyəsi və peşə yararlılığı üzrə diaqnostik qiymətləndirmə keçiriləcək.
Bu barədə Təhsil İnstitutunun İnsan Resursları Mərkəzi APA-ya məlumat verib.
İmtahanın keçiriləcəyi tarix və məkan barədə ətraflı məlumat artıq iştirakçılara göndərilib.
Qiymətləndirmənin məqsədi müdirlərin idarəetmə bacarıqlarını, pedaqoji biliklərini və təhsil sahəsindəki aktual tələblərə uyğunluğunu müəyyən etməkdir.
