Türkiyənin musiqi dünyasında “İmperator” ləqəbi ilə tanınan İbrahim Tatlısəs bu dəfə sənətindən çox, sahib olduğu möhtəşəm sərvəti ilə gündəmə gəlib.
Azərbaycan.media xəbər verir ki, Tatlısəsin ölkənin müxtəlif bölgələrində yerləşən mülkləri, hotelləri, restoran şəbəkələri və media yatırımları onun biznes sahəsində də güclü mövqeyə sahib olduğunu sübut edir.
Tatlısəsin İmza Mülkləri:
• Seyrantəpə: Kabab salonu, televiziya binası, “Tatlısəs Şirkətlər Qrupu” ofisi və geyim markasına aid atelye
• Sarıyer: Şəxsi villa
• Bodrum: “Tatlısəs Paradise” hotelləri
• Kuşadası: 157 otaqlı “Tatlısəs” hotel
• Şanlıurfa: Geniş torpaq sahələri
💼 Digər Sərvət Detalları:
• Beş kabab salonu
• Bir neçə televiziya kanalı
• Lüks avtomobil kolleksiyası
İbrahim Tatlısəs yalnız musiqi sahəsində deyil, biznes dünyasında da adını qızıl hərflərlə yazdırmağa davam edir. Onun uğur hekayəsi həm sənət, həm də sahibkarlıq sahəsində ilhamverici nümunədir.
