🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Ermənistanda silahlı hücum: Rostov-na-Donudan olan evli cütlük qətlə yetirildi

Ermənistanda silahlı hücum: Rostov-na-Donudan olan evli cütlük qətlə yetirildi
Ermənistanın Kotayk vilayətində baş vermiş silahlı hücum nəticəsində Rusiyanın Rostov-na-Donu şəhərindən olan evli cütlük həyatını itirib.
Azərbaycan.media xəbər verir ki, insidentlə bağlı məlumatı “Shot” Telegram kanalı yayıb. Bildirilir ki, 44 yaşlı Marina Ayrapetyan və 46 yaşlı həyat yoldaşı Zovaşen kəndi yaxınlığında “Audi” markalı avtomobilləri ilə dayanarkən naməlum silahlı şəxs tərəfindən hücuma məruz qalıblar. Cinayətkar avtomobilin açarlarını tələb etsə də, cütlük imtina edib. Nəticədə həmin şəxs ov tüfəngi ilə onlara atəş açıb.
Cütlüyün cəsədləri yaxınlıqdakı istirahət guşəsində – “besedka”da tapılıb. Cinayətkar isə avtomobili götürərək hadisə yerindən uzaqlaşıb.
Bir gün sonra cütlüyün yaxınları onların yoxa çıxması ilə bağlı polisə müraciət edib. Axtarışlar nəticəsində 61 yaşlı şübhəli şəxs həmin “Audi” avtomobilində və üzərində silahla birlikdə saxlanılıb. Araşdırma zamanı məlum olub ki, o, daha əvvəl Aramus kəndində də bir evli cütlüyü güllələyib.
Həlak olanların cəsədləri artıq Rostov-na-Donuya göndərilib.