🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Azərbaycan.media xəbər verir ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, oktyabrın 17-də ölkə ərazisində müşahidə olunacaq yağıntılı və dumanlı hava şəraiti avtomobil yollarında hərəkətə təsir göstərə bilər.
Sinoptiklərin proqnozuna əsasən, magistral yollarda görünüş məsafəsi 300-800 metrədək azalacaq. Sürücülərə ehtiyatlı olmaları və hava şəraitinə uyğun hərəkət etmələri tövsiyə olunur.