Azərbaycan.media xəbər verir ki, Fəvvarələr Meydanı və Qış Parkı ətrafında piyadaların sərbəst və rahat hərəkətini təmin etmək məqsədilə genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilir. Bu çərçivədə ərazidə yeni piyada zonaları yaradılır və şəhər mühiti daha funksional və estetik hala gətirilir.
İnfrastruktur yenilənməsi: İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin “Sutikinti” MMC tərəfindən Yasamal rayonu, İslam Səfərli küçəsində içməli su və tullantı su xətlərinin yenilənməsi işləri aparılır.
Layihə çərçivəsində:
Diametrləri 63 mm-dən 400 mm-ə qədər olan köhnəlmiş borular yeniləri ilə əvəz olunur.
Ümumilikdə 967 metr içməli su xətti, 493 metr kanalizasiya xətti dəyişdiriləcək.
İşlərin yaxın günlərdə tam yekunlaşdırılması planlaşdırılır.
