🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Xalq artisti Ramiz Quliyev vəfat edib

Azərbaycan.media xəbər verir ki, tarzən Ramiz Quliyev 16 oktyabr tarixində saat 11:00–13:00-da Beynəlxalq Muğam Mərkəzində keçiriləcək vida mərasimi ilə son mənzilə yola salınacaq. O, II Fəxri Xiyabanda dəfn olunacaq.
Ramiz Quliyev 1947-ci ildə Ağdamda anadan olub, uzun illər pedaqoji və konsert fəaliyyəti ilə Azərbaycan musiqisinə töhfə verib. Dünyanın bir çox ölkəsində çıxış edib, Prezident mükafatları və ordenlərlə təltif olunub.

Bu məqamda R.Quliyevin tarda ifa etdiyi “İlk məhəbbət” (Bilmədin) mahnısını təqdim edirik: