🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qaz Təchizatında Müvəqqəti Fasilə: Binəqədi Rayonunda İşlər Aparılacaq

Qaz Təchizatında Müvəqqəti Fasilə: Binəqədi Rayonunda İşlər Aparılacaq
Sabah, 16 oktyabr 2025-ci il tarixində saat 09:30-dan etibarən Binəqədi rayonunun bəzi ərazilərində qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
“Azəriqaz”ın Azərbaycan.media saytına verdiyi məlumata əsasən, Tbilisi prospektində yerləşən orta təzyiqli qaz xətti üzərində tənzimləyici qurğu və filtrin quraşdırılması ilə bağlı texniki işlər həyata keçiriləcək. Bu səbəbdən qazın verilişi müvəqqəti olaraq dayandırılacaq.

Təmir-quraşdırma işləri müddətində aşağıdakı ərazilərdə qaz təchizatı məhdudlaşdırılacaq:
• 6, 7, 8 və 9-cu mikrorayonlar
• M.Ə.Rəsulzadə qəsəbəsi
• Xutor qəsəbəsi
• Biləcəri qəsəbəsinin bir hissəsi
İstehlakçılardan anlayışlı olmaları xahiş olunur. İşlərin tamamlanmasından sonra qaz təchizatı bərpa ediləcək.