Azərbaycan.media xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putin ilə Suriyanın müvəqqəti Prezidenti Əhməd Əl-Şara arasında Moskvada keçiriləcək görüş zamanı Suriyada yerləşən Rusiya hərbi bazalarının müzakirəsi gündəmdə olacaq.
Bu barədə Kremlin mətbuat katibi Dmitri Peskov TASS informasiya agentliyinin sorğusuna cavab olaraq məlumat verib. Onun sözlərinə görə, danışıqlar zamanı bu məsələnin qaldırılması gözləniləndir: “Söhbət zamanı bu mövzunun qaldırılacağı aydındır. Bu, gözləniləndir”, – deyə Peskov bildirib.
Hazırda Rusiya Suriyada iki əsas hərbi obyektə malikdir: biri Rusiya Hərbi Dəniz Qüvvələrinin Tartus limanındakı maddi-texniki təminat məntəqəsi, digəri isə Latakiya əyalətinin Cəblə şəhəri yaxınlığında yerləşən Xmeymim aviabazasıdır.
