Azərbaycan.media xəbər verir ki, 2025-ci il sentyabrın 1-də Braziliyada imzalanmış Azərbaycan-Braziliya təhsil sazişi təsdiqlənib. Saziş qüvvəyə mindikdən sonra Elm və Təhsil Nazirliyi müddəaların icrasını təmin edəcək, Xarici İşlər Nazirliyi isə Braziliyaya rəsmi bildiriş göndərəcək.
Dövlət Turizm Agentliyinin strukturunda dəyişiklik edilib. Yeni fərmana əsasən, Naxçıvan Regional Turizm İdarəsi yaradılıb, agentliyin ümumi işçi sayı 165-dən 181-ə, regional idarələr üzrə isə 88-dən 104-ə yüksəldilib.
Maliyyə Monitorinqi Xidmətinin işçi sayı 55-dən 65-ə artırılıb. Nazirlər Kabinetinə fərmandan irəli gələn məsələlərin həlli tapşırılıb.