Azərbaycan.media xəbər verir ki, Milli Məclisdə Beynəlxalq Hakimlər Assosiasiyasının 67-ci Baş Assambleyasının üzvləri ilə görüş keçirilib. Parlamentin sədri Sahibə Qafarova qonaqlara qanunverici orqanın fəaliyyəti və parlament diplomatiyasının əhəmiyyəti barədə məlumat verib. O, Milli Məclislə məhkəmə sistemləri arasında əməkdaşlıq münasibətlərinin mövcud olduğunu vurğulayıb.
Spiker bildirib ki, Azərbaycan parlamenti 15 beynəlxalq təşkilatda təmsil olunur, 104 dostluq qrupu fəaliyyət göstərir və deputatların əksəriyyəti YAP üzvləridir. Görüş, “Məhkəmə hakimiyyəti və dövlətin digər iki qolu arasında münasibətlər” mövzusunda keçirilən beynəlxalq konfrans çərçivəsində baş tutub.
