Azərbaycan.media xəbər verir ki, Moskvanın Basmannı məhkəməsi müxalif siyasətçi Vladimir Kara-Murza barəsində qiyabi həbs qərarı çıxarıb. O, Rusiya ordusu haqqında saxta məlumat yaymaqda və ekstremist təşkilatda iştirakda ittiham olunur. 2024-cü ilin avqustunda həbsdən azad edilən Kara-Murza ABŞ-a köçmüşdü. Bir neçə gün əvvəl Rusiya DİN onu axtarışa vermişdi.
