Azərbaycan.media xəbər verir ki, Gürcüstan Milli Bankının hesabatına əsasən, ötən ay Azərbaycandan Gürcüstana 3,40 milyon ABŞ dolları məbləğində pul köçürməsi həyata keçirilib.
İllik müqayisədə bu göstərici 1,89% azalıb. Sentyabr ayında Gürcüstana daxil olan ümumi pul köçürmələri arasında Azərbaycanın payı 1,07% təşkil edib.
Eyni ay ərzində Gürcüstandan Azərbaycana göndərilən pul vəsaitinin həcmi isə 6,46 milyon ABŞ dolları olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 43% artım deməkdir.
2025-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan Gürcüstana ümumilikdə 30,2 milyon ABŞ dolları, əks istiqamətdə isə 46,3 milyon ABŞ dolları köçürülüb.
