Azərbaycan.media xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Misirdə keçirilən sammit çərçivəsində İtaliyanın Baş naziri Corcia Meloni ilə görüşündə siqareti tərgitmə ilə bağlı zarafatı İtaliya və beynəlxalq mətbuatda geniş əks-səda doğurub.
İtaliyanın “Corriere Della Sera” və “La Repubblica” qəzetləri görüş zamanı Ərdoğanın Meloni və Fransa Prezidenti Emmanuel Makronu güldürdüyünü yazıb. “İl Giornale” isə ABŞ Prezidenti Donald Trampın sammitə gecikməsinin liderlərin əhvalına təsir etmədiyini, Ərdoğanla Meloninin söhbətinin sammitə pozitiv ab-hava qatdığını qeyd edib.
Sözügedən zarafat Rusiya, Avropa və ABŞ mediasında da geniş yayılıb. “TASS”, “Politico” və “Croatian Index” kimi nüfuzlu media qurumları söhbətin məzmununu və Meloninin siqaretlə bağlı cavabını işıqlandırıblar.
