Azərbaycan.media xəbər verir ki, I sinfə gecikən uşaqların qəbulu davam edir
2025–2026-cı tədris ili üzrə üzrlü səbəbdən I sinfə gecikən uşaqların qəbul prosesi davam edir. Valideynlər 15 oktyabr saat 18:00-a qədər mektebeqebul.edu.az portalı üzərindən boş yerlərə məktəb və müəllim seçimi edə bilərlər.
Sorğu yerləşdirən valideynlər müvafiq sənədlərlə məktəbə yaxınlaşaraq prosesi tamamlamalıdırlar.
Bu günə qədər I sinfə 130 mindən çox uşaq qəbul olunub.
