🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Krımda dron hücumu sonrası neft bazasında yanğın

Azərbaycan.media xəbər verir ki, Ukraynanın PUA hücumundan sonra Rusiyanın işğal altında saxladığı Krım ərazisində yerləşən neft bazasında güclü yanğın baş verib. Alov bir neçə kilometr uzaqlıqdan görünəcək qədər geniş ərazini əhatə edib.
Yerli rəhbərlik hadisə zamanı insan tələfatının olmadığını bildirib. Hava Hücumundan Müdafiə sistemləri Ukraynaya məxsus 20-dən çox dronu zərərsizləşdirdiyini açıqlayıb.