🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

İslamabadda üçtərəfli parlament diplomatiyası

Azərbaycan.media xəbər verir ki, Milli Məclisin sədri Sahibə Qafarovanın rəhbərliyi ilə Azərbaycan parlament nümayəndə heyəti Azərbaycan–Pakistan–Türkiyə Parlament Sədrlərinin Üçüncü Üçtərəfli Görüşündə iştirak etmək üçün Pakistana səfər edib.
Milli Məclisin mətbuat xidmətinin verdiyi məlumata görə, İslamabad beynəlxalq hava limanında nümayəndə heyətini Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq, Azərbaycanın Pakistandakı səfiri Xəzər Fərhadov və digər rəsmi şəxslər qarşılayıblar.