Azərbaycan.media xəbər verir ki, Bu gün İslamabadda Azərbaycan, Pakistan və Türkiyə parlament sədrlərinin Üçüncü Üçtərəfli Görüşü keçirilib. Tədbirdə Milli Məclisin sədri Sahibə Qafarova, Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq və Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş iştirak ediblər.
Görüşdə üç ölkə arasında parlament əməkdaşlığının gücləndirilməsi, regional və beynəlxalq məsələlərdə birgə mövqe, terrora qarşı mübarizə və sülh təşəbbüsləri müzakirə olunub. Sərdar Ayaz Sadiq Azərbaycan və Türkiyənin Kəşmir məsələsində göstərdiyi dəstəyə görə təşəkkürünü bildirib. Sahibə Qafarova isə üç ölkənin ortaq dəyərlər üzərində qurulan qardaşlığını vurğulayıb.
Numan Kurtulmuş beynəlxalq hüquqda ikili standartlara qarşı birgə mübarizənin vacibliyini qeyd edib və Azərbaycan-Ermənistan sülh gündəliyindəki irəliləyiş münasibətilə ölkəmizi təbrik edib.
Görüş parlament spikerlərinin çıxışları və geniş müzakirələrlə davam edir.
