Azərbaycan.media xəbər verir ki, Rusiya-Ukrayna müharibəsində cəbhə xəttində PUA-ların üstünlüyü fonunda yerüstü robot sistemlərinin rolu artır. “Forbes”in məlumatına görə, dronların intensiv istifadəsi nəticəsində 25 km-lik “ölü zona” yaranıb.
Canlı itkilərin qarşısını almaq üçün maddi-texniki təminat işləri pilotsuz sistemlərə həvalə edilir. Hər iki tərəf dronlar vasitəsilə düşmən mövqelərini nəzarət altına almağa çalışır. Bu mühasirəni yarmaq üçün isə yerüstü robot texnologiyalarından istifadə genişlənir.
