Azərbaycan.media xəbər verir ki, Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) paytaxt yollarında yaranan sıxlıqla bağlı məlumat yayıb. Hal-hazırda aşağıdakı küçə və prospektlərdə nəqliyyatın hərəkətində ləngimələr müşahidə olunur:
• Bakı-Sumqayıt şosesi (“20 Yanvar” metro stansiyası istiqamətində)
• Tbilisi prospekti (mərkəzə doğru)
• Yusif Səfərov küçəsi
• Bakıxanov küçəsi (“Dədə Qorqud” parkı istiqamətində)
• Koroğlu Rəhimov küçəsi
• Heydər Əliyev prospekti (əsas və köməkçi yollar)
• “20 Yanvar” dairəsi
• Alı Mustafayev küçəsi
• Ziya Bünyadov prospekti
• Afiyəddin Cəlilov küçəsi
• Üzeyir Hacıbəyli küçəsi
• 8 Noyabr prospekti
• Binəqədi şosesi
• Zərifə Əliyeva küçəsi
• 28 May küçəsi
• 1-ci Göl kənarı yolu
• Aeroport şosesi (“Koroğlu” metro stansiyası istiqamətində)
Sürücülərə alternativ marşrutlardan istifadə etmələri tövsiyə olunur.
