🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

93 saylı marşrutda yeni avtobuslar: xidmət keyfiyyəti artırılır

Azərbaycan.media xəbər verir ki, 14 oktyabr tarixindən etibarən Bakının 93 saylı (Sabunçu qəsəbəsi – Dərnəgül NMM) müntəzəm marşrut xətti üzrə sərnişinlərə xidmət “Xaliq Faiqoğlu” şirkəti tərəfindən göstəriləcək. Marşrutda istismara veriləcək “King Long” markalı CNG yanacaqla işləyən avtobuslar müasir texnoloji tələblərə cavab verir və gündəlik 12 minədək sərnişinə daha komfortlu xidmət təqdim edəcək.
Yenilənmiş nəqliyyat vasitələri ilə marşrutda gedişhaqqı tarifi 60 qəpik olaraq qalacaq.