Tatami üzərinə yenidən çıxmaq—yalnız fiziki deyil, mənəvi bir qayıdış idi onun üçün. Tofiq bu qayıdışı qızıl medalla taclandıraraq, bir daha sübut etdi ki, əzmkarlıq, səbir və inamla hər bir maneəni aşmaq mümkündür. Avropa çempionu və dünya ikincisi kimi titullara sahib olan gənc idmançının bu uğuru, onun idman karyerasında yeni bir mərhələnin başlanğıcıdır.
Vüqar Tofiqoğlu bu münasibətlə saytımıza verdiyi açıqlamada belə deyib:
“Oğlum Tofiqin bu qələbəsi təkcə ailəmiz üçün deyil, bütün Azərbaycan idmanı üçün sevindirici hadisədir. Uzun müddət zədələrdən əziyyət çəkdi, lakin ruhdan düşmədi. Bu gün onun yenidən tatamiyə çıxıb qızıl medal qazanması, bir ata olaraq mənim üçün sözlə ifadə olunmayacaq qədər qürurvericidir. Tofiqin timsalında bütün valideynlərə arzu edirəm ki, övladları uğurla, əzm və ləyaqətlə yollarına davam etsinlər.”
Bu qələbə, yalnız bir medal deyil—bir ailənin, bir xalqın, bir iradənin simvoludur. Tofiq Tofiqoğlunun uğurları davamlı olsun!
Müəllif: Fuad Biləsuvarlı
Mənbə: Azərbaycan.media
