🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sumqayıtda yaşayış binasında yanğın olub

 

Azərbaycan.media xəbər verir ki, Sumqayıt şəhərinin 2-ci mikrorayonunda, N.Nərimanov küçəsində yerləşən beşmərtəbəli yaşayış binada yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan məlumat əsasında əraziyə Dövlət Yanğından Mühafizə Xidmətinin və Sumqayıt Regional Mərkəzinin qüvvələri cəlb olunub.
Yanğın binanın dördüncü mərtəbəsindəki ikiotaqlı mənzildə baş verib və operativ müdaxilə nəticəsində digər mənzillərə keçməsinə imkan verilmədən qısa müddətdə söndürülüb. 45 m²-lik mənzilin 13 m² sahəsi yanıb, yüksək temperaturun təsirindən beşinci mərtəbədəki kondisioner mühərriki əriyib.
Hadisə zamanı beşinci mərtəbənin eyvanında köməksiz vəziyyətdə qalmış 1 uşaq və 2 qadın xüsusi texnika – avtonərdivan vasitəsilə təhlükəsiz şəkildə xilas edilib.