🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Pakistan ordusu Əfqanıstanla sərhəddə 19 nəzarət məntəqəsini ələ keçirdi

Azərbaycan.media xəbər verir ki, Pakistan Silahlı Qüvvələri Əfqanıstanla sərhəddə yerləşən və terrorçu qruplara dəstək verdiyi bildirilən 19 nəzarət məntəqəsini ələ keçirib. Əfqanıstan ordusunun sərhəd bölgələrində atəş açmasından sonra Pakistan tərəfi genişmiqyaslı cavab əməliyyatı həyata keçirib.
Əməliyyat zamanı bir neçə blokpost məhv edilib, Əfqanıstan qüvvələri və sərhədi keçməyə çalışan İŞİD və “Pakistanın Taliblər Hərəkatı”nın silahlı qrupları ciddi itkilər verib. Pakistan ordusu artilleriya, tanklar və müxtəlif silah sistemlərindən istifadə edib.