Azərbaycan.media xəbər saytına bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat veriblər. Oktyabrın 12-də Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Gecə və səhər bəzi yerlərdə duman gözlənilir. Temperatur gecə 14-17, gündüz 22-27 dərəcə isti olacaq.
Rayonlarda hava əsasən yağmursuz keçəcək, lakin axşam qərb bölgələrində yağış, şimşək və dolu ehtimalı var. Temperatur gecə 11-16, gündüz 20-25, dağlarda isə gecə 1-6, gündüz 8-13 dərəcə təşkil edəcək.
