Culfa rayonunun bir neçə yaşayış məntəqəsində elektrik enerjisinin verilişində müvəqqəti fasilə yaranacaq.
Azərbaycan.media xəbər verir ki, bu barədə “Azərenerji” ASC-dən verilən məlumata əsasən, Naxçıvan Muxtar Respublikasının “Elektroenergetika Konsepsiyası” çərçivəsində 2025-ci il üçün nəzərdə tutulan işlər davam etdirilir. Layihə çərçivəsində yeni inşa edilən 132 kilovoltluq “Culfa” elektrik verilişi xəttinin məftillərinin çəkilişi zamanı təhlükəsizlik tədbirləri məqsədilə 132/110/10 kV-luq “Culfa” yarımstansiyasından qidalanan 2 və 5 saylı 10 kV-luq hava xətləri müvəqqəti olaraq dayandırılacaq.
Nəticədə, 13 oktyabr 2025-ci il tarixində saat 09:00-dan 10:00-a qədər Culfa rayonunun Dizə və Gülüstan kəndlərində, eləcə də Yaycı kəndinin bir hissəsində elektrik enerjisinin verilişində fasilə olacaq.
Qeyd edək ki, bu tədbirlər yeni enerji infrastrukturunun təhlükəsiz və dayanıqlı şəkildə istifadəyə verilməsi məqsədi daşıyır.
