🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Bakıda liftdə köməksiz qalan şəxs xilas edilib

Azərbaycan.media xəbər verir ki, Bakıda liftdə köməksiz qalan şəxs xilas edilib.
Bakı şəhərində bir nəfər liftdə köməksiz vəziyyətdə qalıb. Fövqəladə Hallar Nazirliyinin “112” qaynar xəttinə daxil olan müraciət əsasında Nazirliyin xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.
Görülən operativ tədbirlər nəticəsində vətəndaşa müvafiq köməklik göstərilərək təhlükəsiz şəkildə xilas edilib.