Azərbaycan.media xəbər verir ki, 2025-ci il oktyabr ayının 8–10 tarixlərində Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Abşeron rayon bölməsində işçilər və könüllülər üçün 3-günlük İlk yardım təlimi təşkil olunub. Təlimin məqsədi iştirakçıların nəzəri və praktiki bacarıqlarını artırmaq, fövqəladə hallarda düzgün davranış vərdişlərini aşılamaq olub.
AzQAC-ın Sağlamlıq şöbəsinin müdiri və İcraçı Katibin müavini Səbinə Məhbubi-İran bu təlimin ilkin mərhələ olduğunu və gələcəkdə iştirakçılar təlimatçı səviyyəsinə yüksəlmək üçün əlavə təlimlərdə iştirak etmələlərini qeyd edib.
AzQAC-ın İlk Yardım üzrə koordinatoru Dr.Şahın Biləndərli tərəfindən keçirilən təlim zamanı insan anatomiyası, qanaxma, yanıqlar, sınıqlar, ürək və tənəffüs dayanması, zəhərlənmələr və qəfil xəstəliklərdə ilk yardım kimi mövzular əhatə olunub. Təlim interaktiv şəkildə aparılıb, iştirakçılar praktik məşğələlərdə fəal iştirak ediblər.

