Azərbaycan.media xəbər verir ki, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiven Uitkoff və ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper oktyabrın 11-də Qəzza zolağına səfər ediblər. Səfərin məqsədi İsrailin atəşkəs razılaşmasına əməl edib-etmədiyini yerində qiymətləndirmək olub.
Uitkoff sosial şəbəkə hesabında bildirib ki, səfər zamanı onlara təhlükəsizlik, humanitar vəziyyət və münaqişələrin qarşısının alınması ilə bağlı geniş hesabatlar təqdim olunub.
