🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib

Azərbaycan.media xəbər verir ki, Azərbaycan musiqi sənətinin inkişafında göstərdiyi xidmətlərə görə Sevil Heydər qızı Əliyeva yüksək dövlət mükafatına layiq görülüb.
Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, Sevil Əliyeva “Şərəf” ordeni ilə təltif edilib.
Qeyd edək ki, Sevil Əliyeva tanınmış musiqiçi, alim və ictimai xadim kimi uzun illərdir ölkənin mədəni həyatında fəal iştirak edir. Bu təltif onun sənətə verdiyi töhfələrin dövlət səviyyəsində qiymətləndirilməsinin bariz nümunəsidir.