🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Gənc yazıçı Aysel Şıxlının “Paralel Dünyada” kitabının ikinci hissəsi işıq üzü gördü

Azərbaycan.media saytı xəbər verir ki, Azərbaycan ədəbiyyatında fantastika janrına yeni nəfəs gətirən gənc yazıçı Aysel Şıxlı, oxucularını sevindirəcək bir yeniliklə çıxış edib. Onun böyük maraqla qarşılanan “Paralel Dünyada” adlı romanının ikinci hissəsi – “Kəsişən Yollar” artıq satışdadır.
Kitab haqqında qısa məlumat
Yeni hissədə hadisələr daha da dərinləşir və oxucunu Lumiya və Eskada krallıqları arasında baş verən mistik və siyasi qarşıdurmaların mərkəzinə aparır. Əsərdə Eley möhürünün oğurlanması ilə başlayan gərginlik, gənc qəhrəmanların taleyində dönüş nöqtəsi yaradır. Kayla və Elyanora adlı personajlar Milaros krallığına – elflərin diyarına səyahət edərək, keçmişin sirr dolu qapılarını aralayırlar.

Fantastik dünya və simvolika

Aysel Şıxlı bu hissədə də özünəməxsus üslubunu qoruyaraq, oxucunu paralel dünyaların içində dolaşdırır. Əfsanələr dumanında itmiş krallıqlar, pıçıltılarla yayılan məlumatlar, gizli ittifaqlar və xəyanətlər əsərin əsas motivlərini təşkil edir. Müəllifin yaratdığı dünya həm vizual, həm də emosional baxımdan oxucunu özünə cəlb edir.

Kitabın əldə olunması

“Paralel Dünyada. Kəsişən Yollar” kitabını əldə olunması Libraff, Alinino və digər onlayn kitab mağazalarından əldə etmək mümkündür. Hazırda kitab 20%-ə qədər endirimlə satışa təqdim olunur.

 

Mənbə: Azərbaycan.media