🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Prezident İlham Əliyev Düşənbədə Tacikistan Prezidenti Emoməli Rəhmon ilə görüşüb

Azərbaycan.media Oktyabrın 10-da Düşənbə şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə təkbətək görüş keçirib.
Görüş zamanı iki ölkə arasında strateji tərəfdaşlığın inkişafı, siyasi, iqtisadi və humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub. Liderlər regional təhlükəsizlik, nəqliyyat və enerji layihələri ilə bağlı fikir mübadiləsi aparıblar.
Təkbətək görüş səmimi və konstruktiv şəraitdə keçib, qarşılıqlı maraq doğuran bir sıra məsələlər üzrə razılaşmalar əldə olunub.