🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Vüsalə — kitabların nəfəsi, sözün səssiz redaktoru

Əziz Vüsalə,
Bəzi insanlar kitab oxuyur, bəziləri kitab yazır,
amma çox az adam var ki, kitabların içində yaşayır.
Sən onlardansan.
Sənin redaktə etdiyin hər mətn sükutla danışan bir musiqidir.
Hər nöqtə, hər cümlə, hər pauza sənin zövqünün göstəricisidir.
“Gələcək Çox Tez Gələcək” sənin baxışında formaya,
sənin toxunuşunda səliqəyə və ahəngə çevrildi.
Sən kitabımın sadəcə redaktoru deyildin,
sən onun daxili səsini eşidəndin.
Sətirlərdəki xaosu nizama salan, sözün ritmini tənzimləyən,
kitaba ruh verən səssiz qəhrəmansan.
“Gələcək Çox Tez Gələcək”in sətrləri sənin toxunuşunla harmoniya qazanıb,
sən hər cümləyə sinusoidal axıcılıq, hər səhifəyə dəqiqlik sabiti (π) əlavə edibsən,
sənin müdaixllərin olmasa, kitab səliqəsiz bir fraktal,
balanssız bir simfoniya olardı.
Borxes yazırdı:
“Mən cənnəti həmişə kitabxana kimi təsəvvür etmişəm.”
Sən də o cənnətin qapısında oturub
kitablarla nəfəs alan gözəl, çalışqan, usanmayan bir qızsan.
Umberto Eko deyirdi ki, çox oxuyan az danışır, amma çox düşünür.
Sən də elə bu sükutun içində fikri səsə çevirən bir profisən.
35 yaş  həyat tənliyinin başlanğıc şərtidir.
Qoy qarşıdakı illərdə sənin həyat qrafikin müsbət əyilməli olsun,
mutluluğun ikinci törəməsi isə daimi müsbət qalsın.
35 yaş nə başlanğıcdır, nə də nəticə.
Bu, romanların ortasında baş verən ən maraqlı fəsildir.
Hər səhifəsində bir az müdriklik, bir az cəsarət, bir az da təbəssüm gizlənib.
35 sadəcə bir ədəd deyil, təkamülün kvadrat köküdür.
Çalışqanlığın, tərzin və enerjin bu yaşda logaritmik artım qanunu ilə böyüyür.
Sənin gələcəyin artıq gəlməkdə olan daha parlaq bir sabahın tənliyidir.
35 yaş çox deyil,
bu yaşda həyat artıq roman kimidir:
bəzi fəsilləri tamamlanıb,
bəziləri isə hələ redaktə mərhələsindədir.
35 yaş “yenə bir cildin bağlanması” deyil,
yeni bir trilogiyanın ilk hissəsidir.
Qoy qarşıdakı illərdə sən redaktə etdiyin hər kitab kimi
öz həyatının da müəllifi olasan.
Qoy bundan sonrakı səhifələrində
sevincin altından heç vaxt xətt çəkilməsin,
ümidin heç vaxt “kəsilmə işarəsi” almasın,
və sözlər səni həmişə sevərək tapsın.
Doğum günün mübarək, əziz Vüsalə.
Başına gələnlər xoşuna,
xoşuna gələnlər başına gəlsin!
Hörmətlə,
“Gələcək Çox Tez Gələcək” komandasından
İbrahim NƏBİOĞLU
Mənbə: Azərbaycan.media