Bu gün Bakı Dövlət Universitetində Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatı ilə universitetin birgə təşkilatçılığı çərçivəsində keçirilən “Ümummilli Lider Heydər Əliyev mühazirələri” adlı silsilə tədbirdə iştirak etdim. Görüş zamanı məruzə ilə çıxış edərək tələbələrin suallarını cavablandırdım.
Tədbir olduqca səmərəli və ruhlandırıcı keçdi. Gəncliklə dialoq hər zaman mənim üçün təkcə elmi və ictimai məsuliyyət deyil, həm də mənəvi yenilənmə aktıdır. Gənclik gözəllikdir, gənclik ümiddir, gənclik idealdır. Onlarla hər görüş, hər fikir mübadiləsi mənə əvəzsiz hisslər yaşadır, gələcəyə inamımı daha da möhkəmləndirir.
Bu cür təşəbbüslər gənclərin milli yaddaşa, ideoloji irsə və elmi düşüncəyə bağlılığını gücləndirir. Ümummilli Lider Heydər Əliyevin ideyalarının gənc nəsillə paylaşılması isə həm tarixə sayğı, həm də gələcəyə məsuliyyət deməkdir.
— Millət vəkili, ədəbiyyatşünas-alim Elnarə Akimova
Mənbə: Azərbaycan.media


