Azərbaycan.media xəbər verir ki, Balakən rayonunun Qabaqçöl qəsəbəsinə aid Şərif kəndi ərazisində baş verən yol qəzası faciə ilə nəticələnib. Gecə saat 02:00 radələrində baş verən hadisədə “BMW” markalı minik avtomobili idarəetmədən çıxaraq yol kənarındakı elektrik dirəyinə çırpılıb.
Sükan arxasında olan 34 yaşlı Şamil Əliyev və avtomobildəki sərnişin, 32 yaşlı Rafael Herayev qəza nəticəsində xəsarət alıblar. Qəza sonrası avtomobil alovlanıb, lakin ərazidə olan sakinlərin operativ müdaxiləsi ilə hər iki şəxs yanğından xilas edilərək Balakən Rayon Mərkəzi Xəstəxanasının Təcili Tibbi Yardım şöbəsinə çatdırılıb.
Hadisə yerinə cəlb olunan Balakən rayon Dövlət Yanğından Mühafizə Hissəsinin əməkdaşları yanğını tamamilə söndürə biliblər.
Hazırda faktla bağlı aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
