🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Qəbələdən türk dünyasına güclü mesaj: Birliyimizin əsasında mənəvi dəyərlər dayanır

Qəbələdə keçirilən Türk Dövlətləri Təşkilatının 12-ci Zirvə Görüşü bir daha sübut etdi ki, türk dünyasının birliyi yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır. Bu birlik, əsrlər boyu formalaşmış ortaq tarixə, dilə, mədəniyyətə və mənəvi dəyərlərə söykənir.
Azərbaycan.media-ya açıqlama verən millət vəkili Novruzəli Aslanov bildirib ki, Prezident İlham Əliyevin zirvə görüşündəki çıxışı bu mənada xüsusi məna daşıyır: “Cənab Prezident türk birliyini sadəcə dövlətlərarası münasibətlər çərçivəsində deyil, həm də qardaş xalqların mənəvi həmrəyliyi kimi təqdim etdi. Bu, Azərbaycanın türk dünyasında oynadığı mənəvi liderlik rolunun bariz göstəricisidir.”
Deputat qeyd edib ki, Prezidentin çıxışında türk xalqlarının tarixi yaddaşının qorunması və ortaq kimliyin gələcək nəsillərə ötürülməsi məsələsi xüsusi vurğulanıb. İlham Əliyev gələn il Bakıda keçirilmiş Birinci Türkoloji Qurultayın 100 illiyinin tamam olduğunu xatırladaraq, bu yubileyin Türk Dövlətləri Təşkilatı çərçivəsində təntənəli şəkildə qeyd edilməsini təklif edib.

Millət vəkili vurğulayıb ki, bu təşəbbüs təkcə tarixi hadisənin anılması deyil, türk mədəniyyətinin elmi və mənəvi köklərinə hörmətin ifadəsidir. Bakı bir əsr əvvəl olduğu kimi, bu gün də türk dünyasının elmi və mədəni düşüncə mərkəzi rolunu oynayır.
Prezidentin çıxışında qardaş ölkələrin Qarabağ və Şərqi Zəngəzurun bərpasında fəal iştirakı da xüsusi yer tutub. Füzulidə Mirzə Uluqbəy adına məktəbin, Kurmanqazı adına Uşaq Yaradıcılıq Mərkəzinin, Ağdamda Manas adına məktəbin, Cəbrayılda Macar qardaşlarımızın hədiyyəsi olan məktəbin və Füzuli məscidinin tikilməsi türk həmrəyliyinin parlaq nümunələridir.
Bu layihələr sadəcə infrastruktur deyil, mənəvi birliyin, qarşılıqlı etimadın və sarsılmaz qardaşlığın rəmzidir. Türk dövlətlərini birləşdirən dəyərlər xalqlar