🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Makron kritik çıxışa hazırlaşır – Fransa siyasi gərginlik fonunda yeni qərarlar gözlənilir

Fransa prezidenti Emmanuel Makronun çərşənbə günü axşam saatlarında ictimaiyyətə müraciət edəcəyi gözlənilir. Bu barədə Azərbaycan.media saytına daxil olan məlumatlarda bildirilir.
Prezidentin çıxışı, ölkədəki siyasi böhranın həlli istiqamətində aparılan danışıqların gedişində baş tutacaq. Xatırladaq ki, baş nazir Sebastien Lekornyu istefa verdikdən sonra Makron ona 48 saatlıq məsləhətləşmə müddəti tanımışdı.
Mənbələr bildirir ki, prezidentin bu çıxışı həm də Fransa parlamentinin aşağı palatası – Milli Assambleyanın buraxılması ehtimalını gündəmə gətirə bilər. Belə bir addım Fransa Konstitusiyasının 12-ci maddəsinə əsasən, siyasi böhran şəraitində mümkün sayılır.
Makronun Senatın spikeri Jerar Larşe və Milli Assambleya sədri Yael Bron-Pivet ilə görüşləri də bu ehtimalları gücləndirir.
Azərbaycan.media hadisələrin inkişafını izləyir və yeni məlumatları təqdim edəcək.