🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Maduro: ABŞ səfirliyinə hücum planı ifşa edilib

Azərbaycan.media xəbər verir ki, Venesuela Prezidenti Nikolas Maduro ölkənin təhlükəsizlik orqanlarının ABŞ-ın Karakasdakı səfirliyinə qarşı planlaşdırılan bombalı hücumun qarşısını aldığını açıqlayıb. Dövlət başçısının sözlərinə görə, hücumun arxasında yerli ifrat sağçı qruplaşma dayanır və bu barədə kəşfiyyat məlumatı əldə olunub.
Maduro bildirib ki, təhlükəsizlik qüvvələri dərhal zəruri tədbirlər görüb və əldə olunan məlumatlar ABŞ rəsmilərinə təqdim edilib:
“ABŞ hökuməti bu hücum planından xəbərdardır. Onlar bilirlər ki, bu hücum sifarişlidir və yaxın zamanda arxasında duran şəxsin kimliyi açıqlanacaq”.
Prezident əlavə edib ki, bu cür təxribatlar Venesuela ərazisinə müdaxilə üçün bəhanə yaratmaq məqsədi daşıyır:
“Bu, tamamilə uydurma və yalançı ssenaridir. Məqsəd Bolivar hökumətini günahlandıraraq regionda gərginlik yaratmaqdır”.