🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Füzulinin Dövlətyarlı kəndində “ağıllı kənd” layihəsi sürətlə irəliləyir

Azərbaycan.media xəbər verir ki, Füzuli rayonunun Dövlətyarlı kəndində genişmiqyaslı bərpa və yenidənqurma işləri yüksək tempdə davam edir. Layihə ümumilikdə 323 hektar ərazini əhatə edir və iki mərhələdə icra olunur.
Bu barədə jurnalistlərə açıqlamasında Ağdam, Füzuli və Xocavənd rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Leyla Sərabi məlumat verib.
Birinci mərhələ:
137 hektarlıq ərazidə 450 fərdi yaşayış evinin inşası nəzərdə tutulur.
Evlər 2, 3, 4 və 5 otaqlı variantlarda tikilir.
Ümumi yaşayış sahəsi təxminən 40 min kvadratmetr təşkil edir.
Paralel olaraq kəndin sosial infrastrukturu qurulur:
360 şagird yerlik tam orta məktəb
120 yerlik uşaq bağçası
Həkim məntəqəsi
İnzibati və çoxfunksiyalı bina
Qazanxana sistemi, transformatorlar və mühəndis qurğular
Kommunal şəbəkələr:

Kommunal şəbəkələr:

15,6 km daxili yol
42 km-lik 35 kV elektrik xətti
45 km 0.4 kV elektrik xətti
74 km rabitə xətti
15,6 km su təchizatı
17.8 km qaz xətləri
12,7 km kanalizasiya sistemi
İkinci mərhələ:
186 hektar ərazidə 269 fərdi yaşayış evinin tikintisi planlaşdırılır.
İctimai və ticarət binaları, idman-sağlamlıq mərkəzi, bazar, fəvvarə və avtomobil texniki xidmət məntəqəsi kimi obyektlər layihəyə daxildir.
Gələcəkdə çoxmənzilli yaşayış binaları və ictimai iaşə sahələrinin yaradılması da nəzərdə tutulur.
Qeyd edək ki, bu layihə Füzuli rayonunun müasir infrastruktur konsepsiyasına uyğun şəkildə, “ağıllı kənd” prinsipləri əsasında həyata keçirilir. Məqsəd — müasir yaşayış şəraiti yaratmaqla yanaşı, bölgənin sosial-iqtisadi inkişafına təkan verməkdir.