Azərbaycan.media xəbər verir ki, Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova Xorvatiya Parlamentinin sədri Qordan Yandrokoviç ilə keçirilən görüş zamanı iki ölkə arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət prinsiplərinə əsaslandığını vurğulayıb. Spikerin sözlərinə görə, son 30 ildə Azərbaycan-Xorvatiya əməkdaşlığı müxtəlif sahələrdə uğurla inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatıb.
Brifinq zamanı Qafarova qeyd edib ki, siyasi dialoqun güclənməsi, ali səviyyəli səfərlər və Davos İqtisadi Forumu çərçivəsində keçirilən görüşlər qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi baxımından mühüm rol oynayıb.
Milli Məclis sədri ticarət, enerji və minatəmizləmə sahələrində əməkdaşlığın xüsusi əhəmiyyət daşıdığını bildirib və bu istiqamətlərdə birgə layihələrin gələcək perspektivlərini yüksək qiymətləndirib.
Azərbaycan.media
