🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Türkiyədən acı xəbər gəldi: 5 ölü, 10-dan çox yaralı

Türkiyənin cənub-şərqində yerləşən Mersin şəhərində ağır qəza baş verib.

Azərbaycan.media xəbər verir ki, mikroavtobusun qəzaya uğraması nəticəsində 5 nəfər ölüb, 10-dan çox insan yaralanıb.

Mikroavtobus kənd təsərrüfatı işçilərini aparırmış.

İlkin məlumata görə, qəzada ölən və yaralananların hamısı Türkiyə vətəndaşlarıdır.