🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Hikmət Hacıyev: “Türk dünyası qlobal güc mərkəzinə çevrilməkdədir”

Hikmət Hacıyev: “Türk dünyası qlobal güc mərkəzinə çevrilməkdədir”
Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Türk Dövlətləri Təşkilatının Qəbələdə keçirilən 12-ci Zirvə toplantısı ilə bağlı paylaşım edib.
Azərbaycan.media xəbər verir ki, o, bu barədə sosial media platforması “X”də fikirlərini bölüşüb.
Prezidentin köməkçisi qeyd edib ki, builki Zirvə toplantısı “Sülh və Təhlükəsizlik” mövzusuna həsr olunub:

Qəbələdə keçirilən toplantıda Türk Dövlətləri Təşkilatına üzv ölkələrin liderləri regional və qlobal təhlükəsizlik məsələlərini müzakirə ediblər.