Gürcüstan parlamentinin üzvü Anzor Bolkvadze Azərbaycanla dostluq qrupunun tərkibinə daxil edilib.
Azərbaycan.media xəbər verir ki, bu barədə qərar qanunverici orqanın bürosunda qəbul olunub.
A.Bolkvadze hakim “Gürcü Arzusu” partiyasının deputatıdır. O, Gürcüstan parlamentinin Regional siyasət və özünüidarəetmə Komitəsinin sədr müavinidir.
Qeyd edək ki, dostluq qrupuna rəhbər təyinatı hələ olmayıb. Bu vəzifəni Givi Mikanadze tutub. O, bu ilin iyunun 30-da Gürcüstanın təhsil, elm və gənclər naziri təyin edilib.
