Almaniyanın Herdekke şəhərinin meri İris Ştaltser bıçaqlı hücuma məruz qalıb.
Azərbaycan.media xəbər verir ki, insidentlə bağlı məlumatı Almaniyanın nüfuzlu “Der Spiegel” nəşri yayıb.
İlkin məlumatlara görə, naməlum şəxs merə bir neçə bıçaq zərbəsi endirib. Hadisə zamanı 57 yaşlı qadın evinə daxil olmağı bacarıb və dərhal təcili tibbi yardım çağırıb.
Hazırda merin vəziyyətinin ağır olduğu bildirilir.
Hücum edən şəxsin kimliyi hələlik müəyyən edilməyib. Hadisə ilə bağlı araşdırmalar davam edir.
