🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Muradov xəstəxanaya yerləşdirildi, vəziyyəti ağırdır

Azərbaycan.media xəbər verir ki, Şuşa Dövlət Musiqili Dram Teatrının direktoru, əməkdar artist Yadigar Muradov xəstəxanaya yerləşdirilib.

Onun hazırda Mərkəzi Klinik Xəstəxananın reanimasiya şöbəsində müalicə aldığı və vəziyyətinin ağır olduğu bildirilib.

Qeyd edək ki, daha öncə əməkdar artistdə xərçəng xəstəliyi aşkarlanıb və bu yaxınlarda əməliyyat olunub.