Azərbaycan.media xəbər verir ki, bu gün Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Bərdə şəhərini raket və artilleriya atəşinə tutmasından 5 il keçir.
2020-ci il oktyabrın 5-də Bərdə şəhərinin mərkəzi küçələri və mərkəzi xəstəxananın yaxınlığı düşmən raketlərinin hədəfi olub. Hücum nəticəsində 2 nəfər həyatını itirib, 6 nəfər yaralanıb, mülki infrastruktura isə ciddi ziyan dəyib.
Ümumilikdə, Bərdə şəhəri 2020-ci ilin 5, 8, 27, 28 oktyabr və 7 noyabr tarixlərində beş dəfə atəşə məruz qalıb. Bu hücumlar nəticəsində 28 nəfər həlak olub, 108 nəfər yaralanıb.
Bu hadisələr bir daha müharibənin mülki əhaliyə və infrastruktur obyektlərinə vurduğu ağır zərbələri xatırladır.
