🌐 Keçmişin izi, gələcəyin sözü
Yüklənir...

Mişustinin müavini Overçuk Bakıya gəlir

Oktyabrın 13-14-də Rusiya baş nazirinin müavini Overçuk Azərbaycana səfər edəcək. Moskvadakı diplomatik mənbələrin verdiyi məlumata görə, hazırda səfərin təfərrüatları dəqiqləşdirilir.

Azərbaycan.media xəbər verir ki, Overçuk, Bakıda keçiriləcək Azərbaycan, Rusiya və İran arasında üçtərəfli görüşdə iştirak edəcək. Danışıqlarda İran tərəfini nəqliyyat və şəhərsalma naziri Sadiq təmsil edəcək.

Azərbaycan.media